ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutu illik hesabat verib

Bakı, 17 noyabr, AZƏRTAC

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) şöbə və laboratoriyaların 2021-ci il üzrə elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev vurğulayıb ki, pandemiya ilə əlaqədar olaraq hesabat dövrünün əhəmiyyətli hissəsi xüsusi karantin rejiminə təsadüf edib: “Amma bu məhdudiyyət institutun, o cümlədən elmi işçilərin fəaliyyətinə kəskin təsir etməyib. İnstitutun cari ildə fəaliyyəti nəticəsində 4 mühüm nəticə əldə olunub. Onlardan 3-ü fundamental nəzəri, 1-i isə tətbiqi işlə bağlıdır. Bu müddətdə institut əməkdaşlarının 25 məqaləsi impakt faktorlu xarici jurnallarda dərc olunub. Əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri 250-yə yaxın istinad ediblər. Eyni zamanda, hesabat dövründə elmi işçilərimiz 13 patent alıb. Bunu da son illərin yüksək göstəricisi hesab etmək olar”.

İnstitutun 12 laboratoriya, 3 şöbə, 1 Təcrübə Sınaq Stansiyası, 2 ictimai təşkilatının rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Akademik Vaqif Fərzəliyev hesabatları məqbul hesab edib. Növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verib. O bildirib ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.