ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutu onlayn rejimdə bir neçə istiqamətdə fəaliyyət göstərir

Bakı, 20 may, AZƏRTAC 

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi dövründə bir neçə istiqamətdə fəaliyyət göstərir.

Bu haqda AZƏRTAC-a məlumat verən institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, elmi müəssisənin I kurs magistrantlarının distant tədrisi iyunun 15-dək davam edəcək, sonra ənənəvi formatda institutda imtahan verəcəklər: “Eyni zamanda, doktorant və magistrantlar üçün onların elmi rəhbərləri ilə distant məsləhət saatlarının təşkili uğurla davam edir”.

V.Fərzəliyev qeyd edib ki, mayın 18-dən etibarən karantin rejiminin yumşaldılması ilə əlaqədar institut real iş rejimində fəaliyyət göstərsə də, işə cəlb olunan işçilərin say ilə əlaqədar müəyyən məhdudiyyətlər qalmaqdadır: “Xüsusi risk qrupuna daxil olan, xroniki xəstəliklərdən əziyyət çəkən əməkdaşlar evdə olduğu müddətdə öz tədqiqat sahələri üzrə internet vasitəsilə məlumatların toplanması, analizi və ümumiləşdirilməsi, elmi məqalələr yazılması və nəşrə təqdim olunması işlərini davam etdirirlər”.

İnstitut direktoru bildirib ki, elmi işçilər onlayn rejimdə seminar və videokonfranslarda mütəmadi iştirak edirlər, onlar tərəfindən “Vikipediya” üçün Azərbaycan dilində məqalələr hazırlanıb yerləşdirilir: “Beynəlxalq əlaqələrin lazımi səviyyədə saxlanılması üçün onlayn rejimdə videomüzakirələr yüksək səviyyədə təşkil edilir. İnstitutun alimləri bir sıra nüfuzlu beynəlxalq jurnalların eksperti (rəyçisi) kimi onlayn fəaliyyət göstərirlər. Həmçinin institutun gənc alim və mütəxəssisləri respublika miqyasında keçirilən “Dünya və gənclər yeni şəraitdə” və “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda videokonfranslarda iştirak ediblər”.

V.Fərzəliyev vurğulayıb ki, həm institut rəhbərliyi, həm də əməkdaşlar tərəfindən mütəmadi olaraq elektron KİV-lərə müsahibələr verilir, elmi müəssisənin rəsmi veb-saytı fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.