ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib

Bakı, 6 may, AZƏRTAC

Aşqarlar Kimyası İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan şuranın sədri professor Həqiqət Cavadova vurğulayıb ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Bu gün də ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir.

Tədbirdə laboratoriya müdiri Minaxanım Musayeva və digər çıxışçılar Beynəlxalq Ailə Gününün əhəmiyyəti haqqında öz fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.