Aşqarlar Kimyası İnstitutunda Gənclər Günü qeyd olunub
AzerTAg.az
Bakı, 1 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Açılış nitqi ilə çıxış edən institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vaqif Fərzəliyev qeyd edib ki, Azərbaycan dövləti gənclərimizin qayğısına qalır və onların inkişafı üçün hər bir sahədə kömək göstərir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyub.
İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Gənc Alim və Mütəxəssislər Şurasının sədri olduğu dövrdən danışaraq vurğulayıb ki, müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı ilə bağlı olaraq indiki gənclər daha fəaldırlar. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində gənclərimiz ön sırada oldular, mətinlik və cəsarət nümayiş etdirdilər.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova Gənclər Gününə həsr olunan təqdimatla çıxış edib.
Sonda gənc alim və mütəxəssislər Günay İsmayılova, Həcər Behbudova və Leyla İsrafilova sertifikatla təltif ediliblər.



Xəbərin mətnində orfoqrafik səhv var