ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda beynəlxalq tədqiqatlar genişləndiriləcək

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bu il beynəlxalq tədqiqatlar daha da genişləndiriləcək.

İnstitutun direktoru akademik Vaqif Fərzəliyev AZƏRTAC-a bildirib ki, bu, həm tətbiqi, həm də fundamental tədqiqatları əhatə edəcək. Tətbiqi tədqiqatlar Ukraynanın Xarkov şəhərində yerləşən xüsusi təyinatlı müəssisələr üçün yeni sürtkü materiallarının hazırlanmasını nəzərdə tutur. Artıq əməkdaşlıq əlaqələri qurulub, sınaq işləri aparılır.

Fundamental tədqiqatlar isə ABŞ-ın Buffalo Universitetinin kompüter araşdırmalar mərkəzi ilə riyazi kimyanın inkişaf etdirilməsini, Türkiyənin aparıcı universitetləri ilə patoloji proseslərə qarşı yeni inhibitorların yaradılmasını əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.