ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda dissertantlar innovativ elmi tədqiqatlara cəlb olunub

Bakı, 27 may, AZƏRTAC 

Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda müəssisənin dissertantlarının apardıqları innovativ elmi tədqiqatların əsas nəticələrinin müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda dissertantlar son bir ildə apardıqları elmi-təcrübi araşdırmalar zamanı əldə etdikləri mühüm nəticələr, onların elmi və praktik əhəmiyyəti, tətbiqi imkanları haqqında məruzə ediblər, seminar iştirakçılarının suallarını cavablandırıblar.

Seminarda “Pestisidlərin biovasitələrlə əvəz edilməsi və zərərinin aradan qaldırılması”, “Yağlayıcılıq xassələrini yaxşılaşdıran kükürd saxlayan birləşmələr” və digər mövzularda məruzələr dinlənilib. Məruzələr institutun mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.