ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin reytinqi müəyyənləşdirilib

Bakı, 20 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışan elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmə əsasında əməkdaşların reytinqi müəyyənləşdirilib.

Bunu AZƏRTAC-a açıqlamasında Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev deyib.

O bildirib ki, qiymətləndirmə 13 meyar üzrə aparılıb. Bu meyarlar elmi işçilərin monoqrafiya, elmi əsər, tezis, patent, “Web of Science” bazasına daxil olan nüfuzlu impakt faktorlu jurnallarda dərc olunan məqalələr və onlara edilən istinadların sayı, eləcə də yüksəkixtisaslı kadr hazırlığı, pedaqoji ictimai fəaliyyəti kimi təsnifləşdirilib.

“Bu meyarlar üzrə hər bir elmi işçi müəyyən ballarla qiymətləndirilib, sonda çıxarılan orta bal əsasında həm elmi işçilərin, həm də onların çalışdığı laboratoriyaların reytinq siyahısı müəyyənləşdirilib. Qiymətləndirmə reytinqi əsasında fərqlənən elmi işçilərin mükafatlandırılması nəzərdə tutulub. Bu da bizə imkan verəcək ki, elmi işçilərin gələcək fəaliyyətini stimullaşdıraq və onların məsuliyyətini artıraq”, - deyə akademik Vaqif Fərzəliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.