ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda magistrlərin imtahanları onlayn təşkil olunur

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən onlayn təşkil olunur. İndiyə qədər magistrantlar qeyri ixtisas və ixtisas fənlərindən - ali məktəb pedaqoqikası, üzvi kimyada fiziki tədqiqat üsulları, fəlsəfə, üzvi kimyanın nəzəri məsələləri, psixologiya imtahanlarını müvəffəqiyyətlə veriblər. Bu gün zərif üzvi sintez II ixtisas fənnindən imtahan verən magistrantlar şifahi olaraq 5 sualı cavablandırıblar.

Xatırladaq ki, magistrantlar iyulun 6-da stereokimya fənnindən sonuncu imtahanı verməklə yay sessiyasını başa vuracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.