ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda tədbir: Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatıçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev vurğulayıb ki, Ulu Öndər tarixən Azərbaycanın xilaskarı olub: “İstər respublikamıza birinci rəhbərliyi dövründə, istərsə də müstəqillik illərində hakimiyyətə yenidən gəlməsi zamanı vətənimizin çətinliklərdən xilas edilməsində böyük rol oynayıb. Buna səbəb onun uzaqgörənliyi, qətiyyəti, inadkarlığı, vətəni hədsiz sevməsi idi”.

Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Ümummilli Lider Azərbaycanın parçalanmasının qarşısını aldı.

Heydər Əliyevin elmimizə böyük qayğı və diqqət göstərdiyini vurğulayan Vaqif Fərzəliyev qeyd edib ki, Ulu Öndərin dəstəyilə Azərbaycan alimlərinin, o cümlədən özünün beynəlxalq təşkilatların ekspertləri kimi xarici ölkələrdə çalışmaları mümkün olub: “SSRİ rəhbərliyi adətən belə məsələlərdə ittifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək Rusiya, Ukrayna və Belarusdan olan mütəxəssisləri irəli çəkərdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, niyə beynəlxalq təşkilatların fəaliyyətində yalnız yuxarıda adları sadalanan respublikalar iştirak edir, yüksək elmi potensiala malik olan Azərbaycan iştirak etməməlidir? Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil”.

Akademikin sözlərinə görə, Ümummilli Liderin tövsiyələrinə uyğun olaraq AMEA-nın neft-kimya təmayüllü elmi-tədqiqat institutları və o cümlədən rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunda aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

İnstitutun YAP İdarə Heyətinin üzvü, icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın kimya sənayesində rolu” mövzusunda məruzə edib. O bildirib ki, bütün sahələrdə olduğu kimi respublikamızda təşəkkül tapmış kimya sənayesinin inkişafında və Azərbaycanın həm də neft kimyası və kimya sənayesi ölkəsi kimi tanınmasında, bu günə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin rolu və xidmətləri əvəzsiz olub.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Günay İsmayılova “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı təqdimatla çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.