ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda tələbələrin istehsalat təcrübəsi başa çatıb

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda (AKİ) istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin (BDU) kimya ixtisası üzrə təhsil alan tələbələrinin tədris-istehsalat təcrübəsi başa çatıb.

AKİ-nin Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov AZƏRTAC-a müsahibəsində bildirib ki, BDU-nun 30 nəfər tələbəsi ayrı-ayrı qruplar şəklində üç ay müddətində institutda istehsalat təcrübəsi keçiblər. Tələbələr təcrübə müddətində institutun müasir kimyəvi avadanlıqla təchiz olunmuş laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri və müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.