ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin – akademik Vaqif Fərzəliyev, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev, doktorant Bəhruz Səfərov və magistrant Lalə Əliyevanın elmi məqaləsi Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Applied Organometallic Chemistry” jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Türkiyənin Atatürk və Bartin universitetlərinin alimləri ilə beynəlxalq müştərək tədqiqatlar çərçivəsində yeni fizioloji fəal maddələrin sintezi, onların farmakoloji potensialının araşdırılmasına həsr olunub.

Məqalənin dərc olunduğu jurnal məşhur “WILEY” nəşriyyatına məxsusdur və 3,259 impakt faktora malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.