ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası və İrkutsk Kimya institutları arasında elmi əməkdaşlıq genişləndirilib

Bakı, 9 aprel, AZƏRTAC

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) və Rusiya Elmlər Akademiyası A.Favorski adına Sibir Bölməsinin İrkutsk Kimya İnstitutu arasında elmi əməkdaşlıq davam etdirilir.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq müqaviləsi çərçivəsində aparılan beynəlxalq müştərək tədqiqatların miqyası genişləndirilib. Razılaşmaya görə İrkutsk Kimya İnstitutunun Heterotsiklik birləşmələr laboratoriyasında sintez olunmuş 8 maddənin AKİ-nin Aşqarların sintezi və təsir mexaniziminin nəzəri əsasları laboratoriyasında həm sürtkü materiallarının oksidləşməsinə qarşı antioksidant xassələri, həm də fizioloji fəal maddə kimi enzim-izoenzim inhibitorları xassələri ətraflı tədqiq edilib və əldə olunan mühüm elmi nəticələr 2 məqalə şəklində hazırlanaraq nüfuzlu xarici jurnallarda çapa göndərilib.

Qeyd edilib ki, qarşı tərəfdən artıq növbəti mərhələ üçün 14 yeni maddə göndərilib, onların müxtəlif fermentlər üzrə patoloji proseslərə qarşı antioksidant, antikanser, izoenzim inhibitor fəallığı ilə bağlı “molekulyar dokinq” tədqiqatları aparılmaqdadır.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar Rusiya və Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün laboratoriya tədqiqatları dayandırılsa da, iki institut arasında yaradılan beynəlxalq tədqiqat qrupunun üzvləri onlayn rejimdə videomüzakirələr təşkil edərək elmi nəticələrlə bağlı məsləhətləşmələr aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.