REGİONLAR


Əsrlərin yaddaşından süzülüb gələn tariximiz

Salyan, 18 may, Mahir Babayev, AZƏRTAC 

Salyanda 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Əsrlərin yaddaşından süzülüb gələn tariximiz” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Salyan Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ramil Bayramov Muzeylər Gününün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunduğunu vurğulayıb, bu bayramın bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirildiyini bildirib. Ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muzeylərin işinə daim diqqət və qayğı göstərildiyini qeyd edən natiq tarix diyarşünaslıq muzeyinin rayonun ictimai həyatında mühüm rol oynadığını deyib.

Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, tarixçi Sahib Həsənov və başqaları muzey işçilərini peşə bayramı münasibətilə təbrik edib, uğurlar arzulayıblar.

Ümumtəhsil və uşaq musiqi məktəblərinin şagirdləri və məktəbəqədər tədris müəssisələrinin uşaqları rəqs edib, mahnı və şeirlər oxuyublar. Tədbirdə, həmçinin gənc həvəskar rəssamların əsərləri də nümayiş olunub.

Sonda tədbirdə fəal iştirak edən təhsil müəssisələrinə və gənc rəssamlara fəxri fərmanlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.