YUBİLEY TƏBRİKLƏRİ
“Associated Press” informasiya agentliyinin prezidenti və baş icraçı direktoru
Qeri Pruitt
- Salam, adım Qeri Pruittdir. Mən “Associated Press” agentliyinin prezidenti və baş icraçı direktoruyam. Mən bu bağlantıya Nyu-Yorkdakı baş qərargahımızdan qoşuluram. Bu müraciətim Aslan Aslanova və AZƏRTAC informasiya agentliyinədir. Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirik. Qeyd etməliyəm ki, agentliyiniz yaşına görə çox möhtəşəm və çox cavan görünür. Güman edirəm ki, agentliyiniz Bakıdan, Azərbaycandan və dünyanın hər yerindən xəbərləri daim yaydığına görə cavan qala bilir. Ciddi danışaq, 100 ilik yubiley çox vacib bir mərhələdir. “Associated Press”dən təbriklərimizi çatdırıram. Daimi uğurlar arzulayırıq və Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirik. Çox sağ olun.