MƏDƏNİYYƏT


Assosiasiya prezidenti: Biz bir daha Azərbaycanın zəngin mədəniyyətinin şahidi olduq

Assosiasiya prezidenti: Biz bir daha Azərbaycanın zəngin mədəniyyətinin şahidi olduq

Tbilisi, 3 dekabr, AZƏRTAC

Azərbaycan Beynəlxalq Qadınlar Assosiasiyasının Tbilisidə təşkil etdiyi qış xeyriyyə yarmarkasında uğurla iştirak edir. Azərbaycan ən böyük pavilyona malikdir. Biz burada bir daha Azərbaycanın zəngin mədəniyyətinin şahidi olduq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Qadınlar Assosiasiyasının prezidenti Johanna Muhelmann söyləyib.

J.Muhelmann deyib: “Bu gün bu tədbirin təşkilində Gürcüstanda akkreditasiya olunmuş 25 ölkənin səfirliyi bizə dəstək olub. Onlardan biri də Azərbaycandır. Azərbaycanın bu möhtəşəm dəstəyindən məmnunluq duyuruq”.

Onun sözlərinə görə, assosiasiya 20 ildən çoxdur ki, bu cür tədbirlər təşkil edir. Ziyarətçilər iştirakçı ölkələrin nümayiş etdirdikləri mədəniyyət nümunələri ilə tanış olur, onların ləziz yeməklərindən həzz alırlar. Bu, həmçinin ziyarətçilərin həmin ölkələri daha yaxından tanımalarında mühüm əhəmiyyət kəsb edir.

“Bizim əsas məqsədimiz ehtiyacı olan insanlara yardım etmək, daha gözəl gələcək üçün təhsillərinə dəstək verməkdir. Satış-yarmarkadan əldə olunan vəsait də məhz bu istiqamətə sərf olunacaq”, – deyə J.Muhelmann vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.