İQTİSADİYYAT
Astana şəhərinin nümayəndə heyəti “Ağ Şəhər”i ziyarət edib
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı şəhərinə səfəri çərçivəsində Astana şəhərinin geniş tərkibli nümayəndə heyəti “Bakı Ağ Şəhər”i ziyarət edib.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində qonaqlar “Ağ Şəhər”in tarixi, layihələndirmə prinsipləri, habelə ərazinin ekoloji təmizlənməsi barədə ətraflı məlumat alıblar. Nümayəndə heyəti “Ağ Şəhər” layihəsinin yeni istifadəyə verilmiş “Yaşıl Ada” kvartalını, “Bakı Ağ Şəhər” ofis binasını ziyarət edib, burada sakinlər üçün yaradılmış təhlükəsizlik və yaşayış şəraiti ilə tanış olublar.
Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının hökuməti tərəfindən layihə çərçivəsində yerli və xarici sərmayəçilər üçün yaradılmış şərait barədə məlumat alıblar.
Qazaxıstan nümayəndə heyəti “Ağ Şəhər” layihəsinin müsbət təcrübəsini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]