İDMAN


“Astana” və “Mançester Yunayted” komandaları arasındakı oyuna biletlərin qiyməti müəyyənləşib

Nur-Sultan, 12 sentyabr, AZƏRTAC

UEFA Avropa Liqası çərçivəsində Qazaxıstanın “Astana” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında keçiriləcək oyunun biletlərinin qiyməti müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nur-Sultan şəhərində noyabrın 28-də keçiriləcək matç üçün biletlər kateqoriyalar üzrə bölünüb. Qarşılaşmanın biletlərinin qiymətləri altıncı kateqoriya 4 min təngədən (10 ABŞ dolları) birinci kateqoriya 55 min təngəyədək (141 ABŞ dolları) dəyişir.

İki komanda arasında ilk görüş sentyabrın 19-da İngiltərədə keçiriləcək.

Xatırladaq ki, UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatmasının nəticələrinə görə, Qazaxıstan təmsilçisinin rəqibləri İngiltərənin “Mançester Yunayted”, Serbiyanın “Partizan” və Hollandiyanın “Alkmar” klublarıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.