DÜNYA


Astanada Mərkəzi Asiya İnnovasiyalar Günü keçirilib

Astana, 14 noyabr, AZƏRTAC

Astanada “Huawei” şirkəti tərəfindən “Rəqəmsal “İpək yolu”nu tədqiq edərək” mövzusunda ilk Mərkəzi Asiya İnnovasiyalar Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə sənaye və elm sahələrindən 100-dən çox nümayəndə, alimlər, analitiklər, KİV təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları informasiya-kommunikasiya texnologiyalarının inkişaf perspektivlərini müzakirə ediblər. “Huawei” şirkəti innovasiyalar, dünyaya açıq olmaq və qarşılıqlı səmərə vasitəsilə daha yaxşı rəqəmsal İpək yoluna dair təşəbbüs irəli sürüb.

Mərkəzi Asiya İnnovasiyalar Günü Mərkəzi Asiyanın inkişaf potensialını öyrənmək məqsədilə keçirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.