MƏDƏNİYYƏT


Astanada Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçiriləcək

Astana, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin və məşhur müğənni, SSRİ Xalq artisti İosif Kobzonun yaradıcılığına həsr olunan konsert keçiriləcək.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Astana qubernatorluğunun təşkilatçılığı və Azərbaycanın diplomatik korpusunun dəstəyi ilə keçiriləcək konsertdə müğənnilərin repertuarından mahnılar ifa olunacaq.

“İnsanla qalacaq mahnı” adlı musiqili layihədə Qazaxıstanın və beynəlxalq müsabiqələrin laureatları, əməkdar xadimləri çıxış edəcəklər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.