DÜNYA
Astanada Suriya üzrə danışıqların ilk günü başa çatıb
Bakı, 23 yanvar, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ilk günü başa çatıb. Bu barədə Suriya müxalifətinin nümayəndəsi Yəhya əl-Aridi məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlar sabah davam etdiriləcək. Bir qədər əvvəl məlumatlı mənbənin bildirdiyinə görə, Astanada məsləhətləşmələr Suriya hökuməti və müxalifəti arasında əlaqəli şəkildə, BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Misturanın vasitəçiliyi ilə keçirilib. Danışıqlarda Suriyada atəşkəsin saxlanması mexanizmləri müzakirə olunub.
Danışıqlarda, ümumiyyətlə, yeddi tərəf iştirak edir. Bu sıraya Suriya hökuməti və müxalifətinin təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfiri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]