CƏMİYYƏT


Astanada ərzaq təhlükəsizliyi və qidalanma məsələləri müzakirə olunur

Bakı, 17 may, AZƏRTAC

Aclığın və doyunca yeməməyin miqyasının artmasının və ardı-arası kəsilməyən münaqişələrin və iqlim dəyişmələrinin nəticəsi olan problemlərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələr, keçid iqtisadiyyatlı ölkələr və inkişafda olan ölkələr arasında ərzaq təhlükəsizliyi sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astanada keçirilən İqtisadi Forumda ərzaq təhlükəsizliyi və qidalanma məsələləri nəzərdən keçirilir. Təqribən 100 ölkədən nümayəndələrin toplaşdığı ənənəvi forum bu il “Ruhlandırıcı artım: insanlar, şəhərlər, iqtisadiyyat” mövzusuna həsr edilib. FAO-nun Avropa və Mərkəzi Asiyadakı regional nümayəndəsinin müavini Nabil Qanci bir çox ölkələrin əldə etdiyi tərəqqini, onların “sıfır aclığ”a nail olmaq istiqamətində nümayiş etdirdikləri siyasi iradəni qeyd edib. O, həmçinin FAO-nun aclığın miqyasının böyük sürətlə azaldılmasının dəstəklənməsi üzrə konsepsiyasını təqdim edib.

N.Qanci deyib: “Hökumətlər kənd infrastrukturunun və əlverişli investisiya mühitinin yaradılmasında əsas rol oynamalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.