MƏDƏNİYYƏT


Astanada gənclərin XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir

Astana, 6 noyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada gənclərin “Şabyt” XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq hər il keçirilən festivalda iştirak üçün 345 gənc müraciət edib.

Festivalda Qazaxıstan, Azərbaycan, Belarus, Gürcüstan, İsrail, Qırğızıstan, Rusiya, Ukrayna və Özbəkistanı təmsil edən iştirakçılar “Klassik musiqi”, “Xalq musiqisi”, “Pop vokal”, “Xoreoqrafiya” və “Jurnalistika” nominasiyaları üzrə yarışacaqlar.

Festival noyabrın 9-da qala konsertlə başa çatacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.