Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Astanada verilən dərs: KTMT Ermənistana yerini göstərdi

Astanada verilən dərs: KTMT Ermənistana yerini göstərdi

Rəsmi İrəvan xeyli vaxtdır ki, "fərqli" xarici siyasət yeritdiyindən və "uğurlar" əldə etdiyindən dəm vururdu. Hakimiyyətə qulluq edən KİV də müxtəlif aspektlərdə Ermənistan rəhbərliyinin "uğurları"ndan yazırdı. Bütün bu yalançı təsəvvürlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində sabun köpüyü kimi dağıldı. Astanadan erməni nümayəndə heyəti məyus qayıtdı. Onlar Ermənistanın mövqeyinin təşkilatda nəzərə alınmadığından gileylidirlər. Əslində isə təşkilat üzvləri reallığa və hüquqi normalara uyğun hərəkət ediblər. Ermənistana anladıblar ki, kollektiv təhlükəsizliyi təmin etmək üçün yaradılan KTMT əsassız erməni iddialarını təmin etməli olan struktur deyil. Burada hər bir üzv dövlətin, ilk növbədə, kollektiv təhlükəsizliyə verdiyi töhfə əsas sayılır. Bunun fonunda isə KTMT-nin Azərbaycanla maraqlandığı haqqında informasiyalar yayılmağa başlayıb. Belə məlum olur ki, həmin təşkilat öz üzvü Ermənistandan çox Azərbaycana qiymət verir. Məsələnin bu aspektinin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac duyulur.

Qıcıqlanmış ermənilər: İrəvanın həqiqət qorxusu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilmiş zirvə toplantısından erməni nümayəndə heyəti çaşqın və məyus ayrılıb. Orada Ermənistan rəhbərliyinin təklifini açıq və konkret surətdə rədd ediblər. Nikol Paşinyan təşkilatın baş katibi vəzifəsinin Ermənistanda qalmasını istəyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə bəyan edib ki, bu, mümkün deyildir, çünki Ermənistanın cəmi ilyarım vaxtı var ki, onun nümayəndəsi həmin müddətdə heç üzv dövlətlərə səfər edib başa çatdıra bilməz. Bu səbəbdən yerin Belarusa verilməsi daha məqsədəuyğundur.

Baş katib postunun Belarusa verilməsinin səbəbi əlifbada "A"dan sona "B"nin gəlməsidir. Ancaq ermənilər əlifba sırasında da "soyqırımı" əlaməti görməyə çalışırlar. Onlar hesab edirlər ki, Belarusla Qazaxıstan əlbir olaraq, Ermənistana qarşı çıxış edirlər. Və bu, guya ki, bütün sahələri əhatə edir, o cümlədən KTMT-də Ermənistanın "möhtəşəm" mövqeyini Minsk-Astana ittifaqı sarsıtmaqdadır.

Doğrusu, ermənilərin öz boylarından çox-çox artıq olan və daha çox yekəbaşlıq məzmunu kəsb edən əsassız iddialarına fikir verməmək də olardı. Onlar hələ də hesab edirlər ki, "Ermənistan" adlanan dövlət var, hətta müstəqildir və onu ermənilər özləri yaradıblar. Lakin reallıq tamamilə başqa mənzərəni ortaya qoyur. Ermənistan sırf Rusiya layihəsidir və bu həqiqətdə müasir erməni "dövlətçiliyi"nin bütün incəlikləri ifadə edilir.

Bu səbəbdən Ermənistanın özündən suveren obrazı yaratmağa xidmət edən hər bir addımı gülüşdən başqa bir şey doğurmur. Konkret KTMT ilə bağlı məsələdə isə rəsmi İrəvanın siyasi kursunun növbəti iflaslarından birini müşahidə edirik. N.Paşinyan hakimiyyəti ələ keçirəndən sonra KTMT-nin baş katibi vəzifəsində olan Yuri Xaçaturovu da korrupsioner elan etdi. Buna Moskvanın reaksiyası sərt oldu. Nəticədə, Y.Xaçaturovu həbsxanadan xilas etdilərsə də, Ermənistan onun həmin vəzifədə qalmasını istəmədi. Bütün bunların nəticəsi olaraq KTMT üzvləri, ümumiyyətlə, Ermənistan nümayəndəsinin baş katib postunda qalmasını düzgün saymadıqlarını bildirdilər.

İndi N.Paşinyan nə korrupsiya ilə mübarizə apara bilir, nə də KTMT-də vəzifə statusunu qorumağı bacarır. Buna erməni ekspert və siyasi dairələri neqativ reaksiya veriblər. Xüsusilə respublikaçılar ciddi etirazlarını bildirirlər. Onlar N.Paşinyanın Ermənistanın təhlükəsizliyinə zərər verdiyini deyirlər. Üstəlik, KTMT-də bu təşkilata üzv belə olmayan Azərbaycanın daha çox nüfuz qazanmağa başladığı qənaətindədirlər.

Bunun konkret təsdiqini Prezident İlham Əliyevin bu təşkilatın Astana sammitinə qonaq statusunda dəvət edilməsinə dair informasiyaların yayılmasında görmək olar. Həmin təklifi təşkilat üzvləri dəstəkləyiblər. Ancaq Ermənistan rəsmiləri etiraz ediblər. Çünki bir tərəfdən, KTMT üzvləri N.Paşinyanı ciddi qəbul etmir və onunla sirlərini bölüşmürlər. Digər tərəfdən, ekspertlər bu fikirdədirlər ki, təşkilata üzv olan ölkə başçıları əsas müzakirələrini qeyri-rəsmi tədbirlərdə aparırlar. N.Paşinyanı isə həmin tədbirlərə dəvət etmir və ya onunla fikir bölüşmürlər. Bunun fonunda isə KTMT Prezident İlham Əliyevin tədbirə dəvət edilməsi haqqında məsələ qaldırır.

Əslində, ermənilərin kürkünə birə salan rəsmi-hüquqi proseslər də gedir. Astana sammitində müşahidəçi və tərəfdaş ölkələrin hüquqi statusunu müəyyənləşdirəcək addımlar da atılıb. Belə qərara gəlinib ki, KTMT nəzdində müşahidəçi statusunun və təşkilatın tərəfdaşı statusunun hüquqi formalaşdırılması prosesinə başlanılsın. Erməni siyasi və ekspert dairələri bundan narahat olublar. Çünki məsələnin Azərbaycanla bağlı olduğu fikri var.

Azərbaycanın uğurları: Astanadan müsbət siqnallar

Doğrudan da, bir neçə vaxtdır ki, Rusiya ekspertləri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ən azından müşahidəçi statusu ilə qatıla bilməsi ehtimalından bəhs edirlər. Bir sıra Azərbaycan KİV-lərində də bu barədə pozitiv informasiyalar yayılır. Rəsmi olaraq isə heç bir fikir bildirilməyib və ya bəyanat verilməyib. Bəzi millət vəkilləri isə mövqelərini ifadə ediblər. Real vəziyyət necədir?

Azərbaycan müstəqil xarici siyasət yeridən və daim milli maraqları öndə tutan dövlətdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət quruculuğu kursundan zərrə qədər də kənara çıxmır. Sürətlə dəyişən şərtlər daxilində belə müstəqil və suveren Azərbaycanın maraqları ilk sırada dayanır. KTMT-yə daxil olmaq Azərbaycanın milli maraqlarına cavab verirmi? Bu sualın cavabını ölkə rəhbərliyi hər kəsdən yaxşı bilir. Milli dövlətçiliyə uyğun olan hər bir səmərəli addımı atmaq olar. Lakin rəsmi bir açıqlama yoxdur.

Onu da deyək ki, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvlərindəndir. Bu məntiqlə ölkənin hansısa siyasi-hərbi struktura daxil olması sadə məsələ deyil. Bunu biz Bakının NATO və ya Avropa İttifaqı ilə münasibətlərində uzun müddətdir ki, müşahidə edirik. Rəsmi Bakı Aİ-yə özünün əməkdaşlıq prinsiplərini təqdim etdi və hazırda onlar üzərində iş gedir. Hansı səbəblərdən eyni yanaşma digər təşkilatlara, o cümlədən KTMT-yə göstərilməsin? Buna görə də Azərbaycan mətbuatında kimlərsə qəti fikir bildirməzdən öncə ölkənin milli maraqlarını düşünməlidirlər.

Bizcə, KTMT məsələsində daha vacib olan başqa məqamdır. Məsələ ondan ibarətdir ki, təşkilata üzv olmayan Azərbaycana təşkilatın üzvü olan Ermənistandan daha çox hörmət edirlər. Azərbaycanı onun sıralarında görmək istəyirlər, Ermənistanın isə təşkilatda üzvlüyü əhəmiyyətsiz hesab olunur. Bunun səbəbi nə ola bilər?

Fikrimizcə, burada başlıca səbəb Azərbaycan rəhbərliyinin ardıcıl, sistemli və qətiyyətli surətdə siyasət yeritməsi ilə bağlıdır. Son 15 ilə nəzər salsaq, görərik ki, daxili və xarici siyasətin bütün prioritet istiqamətlərində rəsmi Bakı son dərəcə səmərəli kurs həyata keçirib. Azərbaycan dövlət olaraq inkişaf edib, müstəqillik daha da möhkəmlənib. Çoxlu sayda beynəlxalq layihələrdə Azərbaycan təşəbbüskar və əsas iştirakçı kimi fəaldır. Nəqliyyat-logistika layihələrində Bakının xüsusi yeri vardır. Uzaq Çindən tutmuş Rusiya və İran da daxil olmaqla Avropaya qədər geniş bir məkanda Azərbaycanın sosial-iqtisadi, mədəni, geosiyasi, enerji və s. təhlükəsizlik məsələlərində rolu daim yüksəlir. Belə bir dövləti hansı beynəlxalq təşkilat öz tərkibində görmək istəməz?

Bunun fonunda Ermənistan səbatsız, ziddiyyətli və uğursuz xarici siyasəti ilə yadda qalıb. N.Paşinyan hakimiyyətə gəldikdən sonra isə bu proses daha da dərinləşib. Artıq Moskva, Astana və Minsk İrəvanı etibarlı tərəfdaş və ya müttəfiq hesab edə bilmirlər. Çünki N.Paşinyan sözdə onlarla birlikdə olduğunu deyir, lakin kadr siyasəti və konkret addımları ilə fərqli məqsədlərə malik olduğunu göstərir. Üstəlik, ABŞ-ın Ermənistandakı səfiri deyir ki, onlar ermənilərin siyasi islahatlar aparmasına çox kömək edirlər. Uzun müddətdir ki, Rusiyanın havadarlığına sığınmış bir ölkə ağasını dəyişmək qərarına gəlibsə, onun hansı təşkilatda hörməti ola bilər? Bu da mümkün deyildir.

Deməli, Azərbaycana və Ermənistana olan münasibətlərdə fərqlərin olması təsadüfi deyil. Hər bir şeyin öz konkret səbəbi vardır. Astana sammiti KTMT-Ermənistan münasibətlərində yeni bir dönəmin başlanğıcı ola bilərmi? Tamamilə mümkün ssenaridir. Lakin bu yeniləşmənin konkret məzmunu, bizcə, aydın deyil. Şübhə yoxdur ki, KTMT üzvləri öz maraqlarını kənara qoyub rəsmi İrəvanın şıltaqlığı ilə oynamayacaq. Bu təşkilatın seçimi məlumdur. Ermənistan seçim etməlidir. Əgər Ermənistan əvvəlki qaydada qeyri-sabit, təcavüzkar siyasətini davam etdirəcəksə, cəzasını alacaq.

Başqa ssenari ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edir və eyni zamanda, qonşu dövlətlərə olan əsassız ərazi iddialarından birdəfəlik əl çəkir. Bu halda Ermənistan xilas ola bilər. Erməni siyasi liderləri Ermənistanın xilas olmasını istəyirlərmi? Bu suala cavab aydın deyil.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir