SİYASƏT


Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Fransa Prezidenti Nikola Sarkoziyə ölkə parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qanunu pisləyən məktub göndərmişdir

Astana, 28 dekabr (AZƏRTAC). Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının (AMMİ) sədri Vidadi Salahov Fransa Prezidenti Nikola Sarkoziyə ölkə parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qanunu pisləyən məktub göndərmişdir.

Məktubda qeyd olunur ki, Qazaxıstanda 200 min azərbaycanlını təmsil edən AMMİ Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə adamların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan biabırçı qanununu qətiyyətlə pisləyir.

Məktubda deyilir: “Birinci Dünya müharibəsi zamanı baş verən soyqırımı Osmanlı Türkiyəsinin arxa cəbhəsində millətçi erməni silahlı dəstələri törətmişlər. Türklər isə öz əsgərlərinin bir hissəsini məcburən ön cəbhədən arxaya çağırmağa və ölkə daxilində əməliyyatlar aparmağa məcbur olmuşdur.

Erməni silahlı dəstələri həmin dövrdə Türkiyənin kəndlərində minlərlə dinc sakini - əsasən də qocalar, qadınlar və uşaqları süngüdən keçirmişlər. Erməni caniləri insanlıqdan uzaq olan bu əməllərini həm 1914-1920-ci, həm də 1990-cı illərdə Azərbaycanda, o cümlədən Xocalıda və digər yerlərdə törətmişlər.

Ermənilər əsrlər boyu “günahsız erməniləri” öldürürlər deyə fəryad qoparmağı çox yaxşı bacarırlar. Bunu Fransa parlamenti də çox yaxşı bilir”.

Məktubda qeyd edilir ki, bu gün dünya ermənilərinin Azərbaycan əleyhinə apardığı təcavüzə nədənsə Fransa parlamenti da göz yumur və təəssüf edirik ki, XXI əsrdə Milli Assambleya müdriklik və ədalət nümayiş etdirə bilmədi.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.