REGİONLAR


Astara Rayon Mərkəzi Kitabxanasında Şuşa şəhərinə virtual səyahət təşkil olunub

Astara, 17 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” çərçivəsində Qarabağın tacı Şuşa şəhərinə virtual səyahət təşkil olunub.

Tədbirdə kitabxananın əməkdaşları, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, M.Ə.Sabir adına şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən və Şuşa şəhərinin tarixi haqqında iştirakçılara məlumat verib.

Ş.Bayramov çıxışında qeyd edib ki, Azərbaycan incəsənətinin beşiyi olan Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət və incəsənət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Şuşa şəhəri işğaldan azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şəhərdə mədəniyyət müəssisələri və muzey binaları tikilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb.

Virtual səyahət zamanı, Astara Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Şuşa şəhərinin tarixi və mədəniyyət abidələri haqqında iştirakçılara məlumat verib.

Sonda tədbir iştirakçıları “Şuşa İli”nə həsr olunmuş kitab və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.