REGİONLAR
Astara Xalq Teatrı tamaşaçıların görüşünə “Tamahkar” komediyası ilə gəlib
Astara, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Kakalos kəndindəki Foklor Evi nəzdində fəaliyyət göstərən Şəhriyar adına Xalq Teatrı yeni mövsümdə ilk tamaşasını - Süleyman Sani Axundovun “Tamahkar” komediyasını sənətsevərlərə təqdim edib.
AZƏRTAC xəbər verir ki, teatrın rejissoru Nüşabə Kərimovanın quruluş verdiyi tamaşada baş rolun ifaçısı Rüfət Rzayevin, həvəskar aktyorlardan Yaşar Əliyev, İlqar İzzətov, Arif Fəttayev, Ağabəyim Rzayeva, Xannənə Əsədova, Təyyüb Məmmədov və Kəbirə Əliyevanın çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, 1976-cı ildə Kakalos kənd mədəniyyət evinin nəzdində dram dərnəyi kimi fəaliyyətə başlayan Şəhriyar adına Xalq Teatrı Mədəniyyət Nazirliyinin 1991-ci il 29 noyabr tarixli kollegiya qərarı ilə Xalq Kollektivi adına layiq görülüb.
Teatrın kollektivi ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından parçalar hazırlayaraq talış dilində tamaşaçılara təqdim edib.