İQTİSADİYYAT


“Astara” elektrik stansiyası üzrə ötən ay 16,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

Bakı, 24 oktyabr AZƏRTAC

“Astara” elektrik stansiyasında bu ilin 9 ayında üzrə 169,5 milyon kilovat-saata yaxın, avqust aynda isə 16,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Cari ilin son üç ayında beş aqreqatda texniki qulluq işləri yerinə yetirilib, qalan bloklarda isə profilaktiki işlər həyata keçirilib. Eyni zamanda, yarımstansiyada 110 kilovoltluq eleqaz açarı yenisi ilə əvəz olunub.

Qeyd edək ki, ümumi gücü 87 meqavat olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.