İQTİSADİYYAT


“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün rentgen qurğusu quraşdırılıb

Bakı, 25 yanvar, AZƏRTAC

“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün yeni rentgen qurğusunun quraşdırılması yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev özünün tviterdəki hesabında yazıb.

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb”, - deyə Dövlət Gömrük Komitəsinin sədri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.