CƏMİYYƏT


Astara rayon sakinindən 12 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb

Bakı, 21 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş A.Həbibov saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarış zamanı onda 75 qram tiryək və 1 ədəd plastik kart aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 12 kiloqramdan çox heroin, 910 qram tiryək, metamfetamin və elektron tərəzi götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev də rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş E.Cəfərov da tutulub. Axtarış zamanı həmin şəxsdən heroin və elektron tərəzi götürülüb. E.Cəfərovun əvvəllər məhkum olunmuş qardaşında da 8 qramdan artıq heroin və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırmalar davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.