CƏMİYYƏT


Astara rayon sakinindən narkotik vasitələr aşkarlanaraq götürülüb

Bakı, 16 may, AZƏRTAC

Astara rayon sakinindən narkotik vasitələr aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əlili Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin, metamfetamin və 20 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.