CƏMİYYƏT
Astara rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar
Bakı, 24 sentyabr, AZƏRTAC
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı onda heroin aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini G.Kərimov da müəyyənləşdirilərək saxlanılıb. Onun evinə baxış zamanı oradan metamfetamin və heroin götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]