CƏMİYYƏT


Astara rayonunda oğurluqda şübhəli bilinən kənd sakinləri məsuliyyətə cəlb olunublar

Bakı, 3 avqust, AZƏRTAC

Oğurluqda şübhəli bilinən Astara rayonunun Şahağacı kənd sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əsədullayevə məxsus traktordan 850 manat dəyərində ehtiyat hissələri, maqnitofon və 100 litr yanacaq oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakinləri, əvvəllər məhkum olunan F.Dadaşov və C.Məmmədov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.