Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Astara rayonunun Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəyi gün uzaqda deyil

Astara, 11 fevral (AZƏRTAC). Azərbaycanın dilbər guşələrindən olan Astara rayonu bir yaşayış məntəqəsi kimi zəngin təbiətə və qədim tarixə malikdir. Rayonun ərazisi ölkəmizin subtropik zonasına daxil olmaqla iqlimi yayı quraq keçən mülayim istidir. Astara bölgəsinin zənginliyini əks etdirən onun füsunkar təbiəti və gözəl mənzərələridir.

Təbiətin ən maraqlı guşələrindən olan Talış dağlarındakı meşələr həmişəyaşıl relikt və endemik ağaclardan ibarətdir. Dəmirağac, nil, vələs, cökə, palıd, şam, akasiya və sair bu kimi ağaclar bu yerlərdə meşələrin yaraşığıdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Hirkan Qoruğunun böyük bir hissəsi bu rayonun ərazisində yerləşir.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ş.Bayramov AZƏRTAC-a bildirmişdir ki, Astaranın gözəl təbiəti, təbii sərvətləri, xüsusilə müalicəvi mineral suları, zəngin florası və faunası burada turizmin sürətli inkişafı üçün geniş perspektivlər açır. Hazırda Astaranın çoxşaxəli turizm potensialından səmərəli istifadə etmək məqsədi ilə işlər görülməkdədir. Mədəniyyət və turizm şöbəsinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Astarada turizmin inkişafı, o cümlədən turistlərə yüksək xidmətin göstərilməsi üçün zonalar üzrə 7 turizm marşrutu müəyyən edilmişdir. Bu marşrutlar daşınmaz mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı, eyni zamanda, rayonun nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələrindən də keçir.

Astara rayonu ərazisində fəaliyyət göstərən 4 ulduzlu “Şindan”, “Savalan”, “Xəzər”, “Gömrük” mehmanxanaları, “Abşeron” və “Sahil” istirahət mərkəzləri bu gün turistləri yüksək səviyyədə qəbul etməyə hazırdır. Bunlarla yanaşı, rayonun “Ağ körpü”, “İstisu”, Sım, Siyakü, Telman və eyni zamanda, turizm üçün əlverişli olan dənizsahili ərazilərində gözəl istirahət zonaları mövcuddur. Hazırda “Relaks” firmasının təşəbbüsü ilə Xəzər dənizi sahilində turizm istirahət mərkəzi inşa olunur.

Eyni zamanda, rayonun ərazisində mövsümi çimərlik və dağ turizminin inkişafı üçün də geniş imkanlar vardır. Astaraya əcnəbi və yerli turistlərin axınının təmin edilməsi məqsədi ilə bu potensial imkanlardan səmərəli istifadə olunması günün təxirəsalınmaz vəzifələri sırasındadır.

Məlum olduğu kimi, turizmin inkişafında maddi mədəniyyət nümunələrinin mövcudluğu mühüm rol oynayır. Astarada bu sahədə də böyük potensial vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə rayon ərazisində 102 tarix və mədəniyyət abidəsi mövcuddur ki, bunların da əksəriyyətini memarlıq abidələri təşkil edir. Astara şəhərində XIX əsrə aid olan “Qum” məscidi, Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi, Giləkəran, Pensər, Şiyəkəran kəndlərindəki məscidlər, Pensər və Ərçivan kəndlərindəki hamamlar, Ərçivan, Şiyəkəran, Səncərədi kəndlərindəki ləmlər (yay istirahət evləri), qədim yaşayış yerləri, türbələr, ziyarətgahlar buna əyani misal ola bilər.

Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsusluğu ilə həmişə diqqəti cəlb etmişdir. Saxsı təndirdə bişirilən çörək, ləvənginin müxtəlif növləri, düyüdən 21, ətdən 23, çöl və su quşlarından 7, undan 20 növ, həmçinin balıqdan hazırlanan müxtəlif xörəklər hər yerdə dadına və ləzzətinə görə tanınır və istifadə olunur. Xüsusən “Balıq sırdağı”, onun ləvəngisi, pətə, qara plov, toy qatığı, boranıplov, lərgəplov, südlü plov və başqa yerli kulinariya nümunələri rayona gələn qonaqların sevimli yeməkləridir. Şübhəsiz, bütün bunlar Astarada ailə turizminin inkişafı üçün geniş perspektivlər vəd edir.

Astara rayonu ərazisində haqqında tarixi salnamələrdə məlumatlar əks olunmuş abidələrin mövcudluğu bu yerlərə turist axınının güclənməsi üçün əlavə stimul yaradır. Məsələn, tarixi mənbələrə görə, Azərbaycan dövlətçiliyinin banilərindən olan Şah İsmayıl Xətai rayonun Ərçivan kəndində 9 ay olmuş, məhz buradan yürüşlərə başlamışdır. Ərçivan kəndi ərazisindəki “Şəhərgah”, “Xangəldi” kimi yerlər haqqında yerli əhali arasında əfsanələr dolaşmaqdadır. Rayon ərazisindəki “Şindan qalası”, “Divəkə” mağaraları, “Gəlin qayası”, qədim dolmen abidələrinin yerləşdiyi ərazilər xarici turistlər üçün cəlbedici məkanlar olmağa layiqdir.

Bir sözlə, Azərbaycanın cənub bölgəsinin incilərindən sayılan Astara rayonunda turizmi prioritet sahəyə çevirmək üçün böyük imkanlar vardır və yaxın gələcəkdə bu potensialın hərəkətə gətirilməsi artıq heç kimdə şübhə doğurmur.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb