REGİONLAR


Astara sakinin evindən 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astara, 29 avqust, İ.Cəfərli, AZƏRTAC

“Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emil Zərbiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı E.Zərbiyevin üzərindən və yaşadığı evdən ayrı-ayrı bükümlərdə 6 kiloqrama yaxın heroin, 6 kiloqram 481 qram tiryək, 1 kiloqramdan artıq marixuana, 35 qram həşiş qətranı, 31 qram metamfetamin, əlavə olaraq ümumilikdə, 68 ədəd narkotik və güclü təsir edən maddə tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.