CƏMİYYƏT


Astara sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Astara şəhər sakinindən qanunsuz saxladığı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini N.Əliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.