CƏMİYYƏT


Astara sakininin həyətindəki yarımtikilidən dörd kiloqramdan çox marixuana aşkarlanıb

Bakı, 6 iyul, AZƏRTAC

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 32 çətənə kolu, həyətindəki yarımtikilidə isə çəkisi 4 kiloqram 330 qram marixuana aşkarlayıblar. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndində sakin V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi 91 çətənə kolunu aşkarlayaraq götürüblər.

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə Uzunqazmalar kəndində yabanı halda bitmiş, çəkisi 2,5 ton olan 8450 ədəd çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.