CƏMİYYƏT
Astara şəhərində baş verən yanğın nəticəsində 85 yaşlı qadın həlak olub
Bakı, 3 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Astara şəhərində istifadə edilməyən birmərtəbəli inzibati binada yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, alov qısa müddətdə söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış şəxs - 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]