REGİONLAR


Astara və Lənkəran rayonlarında keçirilən buraxılış imtahanlarında 6073 şagird iştirak edib

Astara, 27 iyun, Bağır Əliyev, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 27-də Astara və Lənkəran rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflər) təhsil alan şagirdlər üçün keçirdiyi buraxılış imtahanlarında 6073 nəfər iştirak edib.

İmtahanda iştirak edən şagirdlərə “İmtahan buraxılış vərəqəsi” ilə yanaşı, “Yaddaş kitabçası” da verilib. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanıb.

DİM-in Lənkəran Regional Bölməsinin məsləhətçisi Rəsmiyyə Dədəyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün Astara rayonunda üç, Lənkəranda isə beş imtahan binası ayrılıb. İmtahanda iki rayondan 3571 nəfər IX, 2502 nəfər XI sinif şagirdi iştirak edib. İmtahanların idarə olunmasına Astara və Lənkəran rayonlarında 26 imtahan rəhbəri, 314 nəfər nəzarətçi-müəllim ayrılıb.

İmtahan zamanı hər hansı bir insident və qanun pozuntusu qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.