REGİONLAR


Astara və Lənkəranda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib

Astara, 10 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 10-da Dövlət İmtahan Mərkəzi Astara və Lənkəran rayonlarında 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, buraxılış imtahanların keçirilməsi məqsədilə Lənkəranda 6, Astarada isə 3 imtahan mərkəzi ayrılıb.

Saat 11:00-da başlanan imtahanlarda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

Buraxılış imtahanlarının birinci mərhələsində, həmçinin şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb.

İmtahanlarda Lənkəran rayonu üzrə 2392, Astara rayonu üzrə isə 1201 şagird iştirak edib.

Astara şəhərindəki 3 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanların ümumi rəhbəri Sərxan Ağayevin verdiyi məlumata görə, qeydiyyata alınmış 378 şagirddən 21-i imtahana gəlməyib.

Hər iki rayonda imtahan zamanı hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.