CƏMİYYƏT


Astara və Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər

Bakı, 27 sentyabr, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların şəhid hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin məzarını və rayonun Kijəbə qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, şəhidin əziz xatirəsi anılıb və ailəyə maddi dəstək göstərilib. Şəhid hərbi qulluqçunun igidlik və qəhrəmanlıqlarının gənc nəsillər üçün daim örnək olacağı qeyd olunub.

Şəhid hərbi qulluqçunun valideynləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Masallıda isə rayon polis şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş DİN-in Daxili Qoşublarının hərbi qulluqçuları çavuş Cavad İbadov və Ramazan Vəliyevin məzarını ziyarət ediblər.

Hər iki şəhidin əziz xatirəsi yad olunub, onların misilsiz şücaətinin heç bir vaxt unudulmayacağı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.