REGİONLAR
Astara və ətraf rayonların 3 mindən çox sakini səyyar “ASAN xidmət”dən yararlanıb
Astara, 13 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara və ətraf rayonların 3 mindən çox sakini bir ay müddətində “ASAN xidmət”in fəaliyyətindən yararlanıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “ASAN xidmət”in qrup rəhbəri Elgiz Həsənov bildirib.
Səyyar şəkildə göstərilən xidmətlərin Ədliyyə və Daxili İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu vurğulayan E.Həsənov “ASAN xidmət”ə edilən müraciətlərin əksəriyyətinin notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, səyyar “ASAN xidmət” noyabrın 14-dən dekabrın 13-dək Astarada vətəndaşlara xidmət göstərib.