REGİONLAR
Astarada 15-16 yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyinin qalibləri məlum olub
Astara, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15-16 yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, beş gün davam edən yarışda Qax, Balakən, Şəki, Mingəçevir, Lənkəran, Qusar, İmişli rayonlarının, Bakı və Sumqayıt şəhərlərinin qızlardan ibarət komandaları qələbə uğrunda mübarizə aparıblar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən respublika birinciliyində Lənkəran, Şəki və Qax futbolçuları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblərə diplomlar, medallar və hədiyyələr verilib.