REGİONLAR


Astarada 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Astara, 22 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri zamanı 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşlarının rayonun Sərək kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basdırılmış 2 ədəd 3 litrlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.