REGİONLAR


Astarada “ASAN məktəb” yeni və uğurlu idarəetmə modeli” layihəsinin icrasına başlanılıb

Astara, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri arasında keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsinin qalibi olmuş Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə “ASAN məktəb” yeni və uğurlu idarəetmə modeli” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri, məktəbin direktoru Xədicə Əliyeva müsabiqədə 53 ümumi təhsil müəssisəsi arasında ən yüksək qiymətləndirilən 10 məktəbdən birinin məhz Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəb olmasını bölgənin təhsil uğurlarından biri kimi dəyərləndirib. O deyib: “İlkin olaraq “ASAN məktəb” yeni və uğurlu idarəetmə modellərinin tətbiqi ilə bölgələrdə ümumi təhsil müəssisələrinin direktorları, müavinləri, qabaqcıl müəllimləri üçün məktəbin idarə edilməsi səriştəliliyinin artırılması mövzusunda tədbirlərin təşkil olunması nəzərdə tutulur.

Layihənin məqsədi bölgələrdə ümumi təhsil müəssisələrinin direktorları və müavinləri üçün məktəbin idarə edilməsi səriştəliliyinin artırılması mövzusunda tədbirlər, liderlik və mentorluq təlimləri, regional müsabiqələr və metodik tövsiyələr hazırlamaqla optimal menecment metodlarının tətbiqi, insan kapitalı, ictimai rəyə yönəlmiş, liderlik prinsiplərinə söykənən asan və səmərəli xidmətlə məktəblərarası, məktəb rəhbərlərinin inkişafetdirici əməkdaşlığına söykənən, şagird-valideyn məmnunluğu arasındakı zəruri əlaqəni təmin etməklə “ASAN məktəb” idarəetmə modeli yaratmaqdır”.

Konfransda çıxış edən Təhsil Şurası İdarə Heyətinin üzvləri - Əməkdar müəllim Zabul Əhmədov, Peşəkar İnkişaf Mərkəzinin direktoru, təhsil eksperti, yazıçı-publisist Nizami Məmmədli, Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Sultanağa Baxşıyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova məktəbin pedaqoji kollektivini qazandığı uğur münasibətilə təbrik edərək, ölkəmizdə ilk dəfə həyata keçirilən bu layihənin icrası ilə bağlı rəy və təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.