REGİONLAR


Astarada “Breyn-rinq” intellektual oyunu keçirilib

Astara, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 10-da Astara Gənclər Evində Rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubu, ”İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin işğaldan azad edilməsinin 103-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasının açılış mərasimində çıxış edənlər 1918-ci ildə Bakı şəhərinin Nuru paşanın rəhbərliyi ilə Türk-Azərbaycan qoşunları tərəfindən daşnak və bolşeviklərin işğalından azad olunmasının tarixi əhəmiyyətindən danışıblar.

Rayon birinciliyində “Narsis” komandası (Astara könüllüləri) birinci, “Azərlight” komandası (Astara şəhər 1 nömrəli tam orta məktəb) ikinci yerlərə layiq görülüb.

Qalib komandaların üzvlərinə və fərqlənən gənclərə, o cümlədən Vətən müharibəsi qazisi, “Narsis” komandasının kapitanı, Sım kənd tam orta məktəbinin tarix müəllimi Əkbərov Heydər Niyazi oğluna 2020-2021-ci illərdə bilik yarışmalarında yüksək nəticələrinə görə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.