REGİONLAR
Astarada “Coca-Cola məktəbli kuboku” layihəsi çərçivəsində rayon birinciliyinin zona yarışı keçirilib
Astara, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku” layihəsinin rayon birinciliyinin zona yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən AFFA-nın cənub zonası üzrə nümayəndəsi Rövşən Süleymanov, oyunların baş hakimi Xalid Quliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri Elnur Qurbanlı və Ələskər Əskərov ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən futbolun inkişafı sahəsində qazanılan uğurlardan danışaraq, komandalara qələbə sevincləri arzulayıblar.
Yarışda rayonun 16 məktəb komandası qələbə uğrunda mübarizə aparıb.
Daha inamlı oyun nümayiş etdirən Astara şəhər 2 və 3 nömrəli tam orta məktəblərin komandaları rayon birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]