REGİONLAR
Astarada “Gəncliyin səsi” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Astara, 2 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Dövlət Rəsm Qalereyasında 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilən “Gəncliyin səsi” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayonunun ümumtəhsil məktəblərini və Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 25 istedadlı gəncin çəkdiyi rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Səncərədi kənd tam orta məktəbin IX sinif şagirdi Elvira Fəriyeva birinci, Qazax Rayon Rəssamlıq Məktəbinin yetirməsi Fidan Hüseynli ikinci və Astara şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Ruhanə Hüseynzadə üçüncü yerlərə layiq görülüblər.
Rəsm müsabiqəsində fəxri yerlərə sahib olan və fərqlənən gənclərə Astara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.