CƏMİYYƏT


Astarada “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda tədbir keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC 

Oktyabrın 5-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-treninq keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, tarixçi-ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, tarixçi Emin Həmidli, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən, ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehdiyev azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verib. Bildirib ki, bu ideologiyanın əsası ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulub və bu gün də xalqımız bu ideologiya ətrafında sıx birləşib. O, həmçinin mənəvi dəyərlərimizin azərbaycançılıq ideologiyasında mühüm yer tutduğunu qeyd edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Vasif Qafarov azərbaycançılıq ideologiyası və onun tərkib hissələri olan mənəvi dəyərlərimiz, milli kimlik şüurumuz, vətən, millət anlayışları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Tarixçi Emin Həmidli azərbaycançılıq ideologiyasının qlobal dünyada ölkəmiz üçün son dərəcə əhəmiyyətli olduğunu, gənclərin bu ideologiyanı dərindən mənimsəmələrinin vacibliyini vurğulayıb.

Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev mənəvi dəyərlərin təbliği sahəsində həyata keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, həmçinin Astara rayonunda azərbaycançılıq ideologiyası və bu ideologiyanın tərkib hissəsi olan mənəvi dəyərlərin təbliği ilə bağlı görülən işlər barədə məlumat verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.