REGİONLAR


Astarada “Mütaliə etmək inkişafımız üçün nə qədər zəruridir?” mövzusunda müzakirələr aparılıb

Astara, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara şəhər 2 nömrəli tam orta məktəbində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin təşkilatçılığı ilə “Mütaliə etmək inkişafımız üçün nə qədər zəruridir?” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rəşad Mahmudov və Etibar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından bəhs ediblər.

Tədbirin sonunda gənclərə 200-dən çox kitab hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.