REGİONLAR


Astarada “Sağlam bədən, sağlam düşüncə” devizi ilə təlim məşqlərə start verilib

Astara, 13 iyul, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Gənclər və İdman İdarəsi, Olimpiya İdman Kompleksi, Uşaq Gənclər İdman-Şahmat Məktəbi, Boks Mərkəzi, habelə Şərq Döyüş Növləri Federasiyaları Şurasının rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizi sahilində “Sağlam bədən, sağlam düşüncə” devizi ilə karatenin sindo-ryu və pencak-silat, budo döyüş növləri, boks, kikboksinq, sərbəst güləş, cüdo, atletika, futbol idman növləri üzrə təlim məşqlərə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeniyetmə və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən təlim məşqlərdə fasilə zamanı gənclərin sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərin fiziki, sosial, psixoloji fəsadları barədə maarifləndirici söhbətlər də aparılır.

Təlim məşqlər avqustun 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.